Şəhidlər yad olunur
Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin əməkdaşları Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatı ilə birgə Novruz bayramı münasibətilə Lənkəran şəhərində Şəhidlərin xatirə memorial kompleksini və Göyşaban kəndində şəhidlərin məzarını ziyarət etmiş, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların əziz xatirələrini böyük ehtiramla yad edib, məzarları üstünə gül dəstələrini düzüblər.
Tədbirdə Kollecin müəllim kollektivi və şəhid ailə üzvü olan tələbələr iştirak etmişlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü






