Cəmiyyət 

Ərəb mətbuatı Azərbaycanda Novruz bayramı ilə bağlı yazılar dərc edib

Ərəb ölkələrinin KİV-i Azərbaycanda Novruz bayramı ilə bağlı məqalə və xəbərlər dərc edib.

ARANTV.AZ  xəbər verir ki, Misirin “Əl Diplomasi” portalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Novruz bayramı münasibətilə rəsmi instaqram səhifəsində paylaşımı ingilis dilində oxuculara təqdim edilib.

İordaniyanın “Əl Ənbat” və “Roya” qəzetlərində isə Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovun xalqımızın əziz bayramı olan Novruz haqqında məqaləsi dərc olunub. Yazıda baharın müjdəçisi olan Novruzun qədim tarixindən, azərbaycanlıların bu bayramla bağlı adət-ənənələrindən ətraflı bəhs olunub.

Əlcəzairin “Əl Hərir” portalında isə Novruz bayramı ilə bağlı AZƏRTAC-ın ərəb dilində məqaləsi yerləşdirilib. Yazıda Azərbaycanda Novruz süfrəsi, adət-ənənələrimiz, bayramın tarixi barədə məlumatlar yer alıb.

Daha çox xəbərlər