Cəmiyyət 

İçərişəhər və Qala qoruqlarında ailəvi Novruz günləri keçirilir

İçərişəhər və Qala qoruqlarında ailəvi Novruz günləri keçirilir.

ARANTV.AZ xəbər verir ki,  bayram günlərində İçərişəhərə təşrif buyuran qonaqlara və sakinlərə bir-birindən maraqlı, xoş əhval-ruhiyyəli anlar yaşadılır və əyləncəli ailəvi tədbirlər təqdim olunur. Eyni zamanda, Qala qoruğunda milli-mədəni dəyərlərimizi özündə birləşdirən qədim sənət nümunələrimiz sərgilənir, ustad təlimləri təşkil edilir.

Bayram tədbirlərinin yüksək səviyyədə təşkili və tənzimlənməsi prosesində Regional İnkişaf İctimai Birliyinin könüllüləri yaxından iştirak edirlər.
Bayram günlərini xoş, yaddaqalan keçirmək istəyən paytaxt sakinləri və şəhərimizin qonaqları martın 27-dək İçərişəhərə və Qala qoruğuna təşrif buyuraraq ailəvi şəkildə bayram tətillərini əyləncəli, maarifləndirici və səmərəli keçirə bilərlər.

Daha çox xəbərlər