Qəbələyə 60 sm qar yağıb
“Qəbələ rayonu ərazisindən axan Bum çayının hövzəsində qarölçmə işlərini davam etdiririk. Bu ərazidə duman müşahidə olunur və qar yağır. Hazırda qarın hündürlüyü 40 sm-dir”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, bəzi yerlərdə qarın hündürlüyü 50-60 sm arasında dəyişir.
A.Verdiyev bildirib ki, qarölçmə işlərinə martın 9-dan başlanılıb. Respublika çaylarında yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük Qafqazın dağlıq ərazilərində hazırda qarölçmə işləri davam edir.

