Suqovuşanın girişindəki körpünün ətrafında istirahət düşərgəsinin yaradılması planlaşdırılır
Dövlət Turizm Agentliyi Suqovuşanda turizmin inkişaf konsepsiyasını hazırlayıb. Konsepsiyaya əsasən su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması planlaşdırılır.
ARANTV.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov bildirib.
O deyib ki, ilkin olaraq beş hektar ərazidə istirahət parkının, onun içərisində piyadaların gəzintisi üçün ərazilərin, Turizm İnformasiya Mərkəzinin, qayıqla gəzinti üçün platformaların yaradılması nəzərdə tutulur. Bundan əlavə, su anbarının ətrafında ictimai iaşə obyektlərinin, qonaqlama müəssisələrinin yaradılması üçün zonalar ayrılacaq. Suqovuşanın girişindəki körpünün ətrafında Tərtərçayı boyunca istirahət düşərgəsinin yaradılması da planlaşdırılır.

