Reza Deqati Şuşa qalası önündə bayram sevincini bölüşüb VİDEO
Reza Deqati Şuşa qalası önündə bayram sevincini bölüşüb
Novruz bayramını Şuşada qeyd edən dünyaşöhrətli fotoqraf Reza Deqati bu unudulmaz günün sevincini paylaşıb və arzularını dilə gətirib.
ARANTV.AZ xəbər verir ki, Reza Deqatinin AZƏRTAC-a göndərdiyi videoda onu Şuşa qalası önündə qarlı bir havada, rəmzi “Xarıbülbül” önündə dayandığını görürük. O, öz sevincini bu sözlərlə ifadə edir:
Otuz il idi ki, mən Novruz bayramını azad Şuşada keçirməyi arzulayırdım. Şuşa azad oldu. Arzum budur ki, sizin ömrünüz, günlərimiz, illəriniz bu qar kimi ağ olsun. Bütün arzularınıza çatasınız.

