Cəmiyyət 

Bu gün 🇦🇿Milli Qəhrəman Səfiyar Behbudovun Şəhid olmasından 30 il ötür.

Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yol düşən S.Behbudov qısa müddət sonra bölmə komandiri təyin edilir.
11 mart 1992-ci ildə ermənilər Əsgəran yaxınlığındakı postumuza hücum edir. PDM-i ilə döyüşə atılan Səfiyar düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir.
Qaraqaya deyilən ərazidə düşmənin böyük qüvvəsi ilə qarşılaşsa da, geri çəkilmir. Düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edir. S.Behbudov bir qədər də irəlilədikdən sonra cəsur döyüşçünün PDM-i vurulur.
Ermənilər onu ağır yaralı vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında işgəncələrə məruz qalan mərd döyüşçümüzü düşmənə heç bir sirr vermədiyi üçün üzərinə neft töküb yandırırlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Daha çox xəbərlər