Bir-birindən seçilən bayram tədbirlər
Xalqımızın ən əziz və müqəddəs bayramı sayılan Novruzla bağlı keçirilən tədbirlər öz maraq dairəsinə görə seçilir, adamı yalnız xeyirxah, nəcib əməllərə sövq edir. Elə Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı sayəsində təşkil olunan tədbir də başqalardan fərqlənirdi.
Belə ki, Novruz bayramı ilə əlaqədar Muzeyin eksponatlardan ibarət Heydər Əliyev Mərkəzində etnoqrafik guşə yaradılıb. Tədbirin təşkilatçıları buraya gələn qonaqları guşə ilə ətrafı tanış edərək, onlara əşyaların tarixi və təyinatı barədə maraqlı məlumatlar veriblər.
Tədbirdə Muzeyin işçiləri daha fəal iştirak ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

