Cəmiyyət 

Uşaqların Novruz sevinci

Lənkəran  şəhərində yerləşən Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində  təşkil olunmuş  Novruz şənliyi balacalarda  xoş əhval-ruhiyyə yaratdı.   Tədbir  Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəllim,  şagird heyətinin   təşəbbüsü və iştirakı  ilə baş tutdu.  Biləsuvarlı  şagirdlərin  ifa etdikləri  bahar ovqatlı  musiqi nömrələri, rəqslər  sözün əslə mənasında könül açırdı.

Həmçinin Təhsil Kompleksinin  tərəfində təşkil olunmuş  rəngbərəng  bayram xonsaları, eləcə də hədiyyələr uşaqlar tərəfindən çox razılıqla qarşılandı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər