Region Xəbərləri 

Novruz – dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır

Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir.

Novruz bayramı bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir. Bu bayram bizim  milli bayramımızdır. Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır.

Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir.Bu bayramı keçirmək hər bir azərbaycanlı üçün şərəflidir.Ona görə şərəflidir ki, biz azadıq, müstəqilik, sərbəstik və bu bayramımızı, ola bilər, tarixdə indiyədək olmayan qədər yüksək səviyyədə və geniş bayram edirik.

Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin etmək məqsədi ilə Müzəffər Ali  Baş komandanın Azərbaycan torpaqlarının düşməndən təmizlənmə çağırışına dəstək olaraq 44 günə itirilmiş torpaqlarımızın  azad olunmasına nail ola bildik.  Ancaq xalqımızın iradəsi ilə, millətimizin iradəsi ilə, dövlətimizin iradəsi ilə biz bu çətinliklərdən üzü ağ çıxdıq. Azərbaycan xalqının zəkası, iradəsi, qəhrəmanlığı buna əsas verir. Ona görə ki, biz, Azərbaycan dövləti xalqın əmin-amanlığının, xoşbəxt gələcəyinin keşiyində durmuşuq. Mən bu gün, Novruz bayramı günü, bu bahar bayramı günü, bu milli bayram günü bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm. Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olarsa, nə qədər hamının sözü bir olsa, o qədər  çətinliklərdən üzü ağ çıxacağıq, o qədər də tez inkişaf edəcəyik.

Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfər bu il qədim tarixi olan Novruz bayramını tam fərqli əhvalda keçirməyimizə vəsilə olub.

30 illik fasilədən sonra işğaldan azad olunmuş torpaqlarda  bayram tonqalının yandırılması hər birimizdə sonsuz sevinc və böyük fəxarət hissi yaradıb. Torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşında canından keçən bütün şəhidlərimizin, əziz xatirəsini böyük ehtiramla anırıq.

İntiqam Nuruyev,

YAP Tərtər rayon təşkilatının Təhsil şöbəsi ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər