Ərdoğan bugün Ukraynadakı vəziyyəti müzakirə edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, iclasda R.T.Ərdoğanın NATO-nun növbədənkənar iclasında iştirakı ərəfəsində Rusiya-Ukrayna məsələsi müzakirə olunacaq.
Bundan başqa, Türkiyənin PKK, İŞİD və FETÖ kimi terror təşkilatları ilə həm ölkə daxilində, həm də xaricdə mübarizəsi iclasın müzakirə mövzusu olacaq.
Həmçinin, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək.
İclasdan sonra mətbuat üçün yazılı açıqlama veriləcək.

