Azərbaycan Koreya ilə əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyir
Bu gün Azərbaycan və Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
Bildirilib ki, bu münasibətlə Koreya Respublikasının Hökumətinə və Xalqına ən xoş arzularımızı göndəririk. Əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik.


