Hadisə 

17 yaşlı qız dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində baş verib.

2005-ci il təvəllüdlü Nəzakət Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 17 yaşlı yentiyetmə qız yaşadığı evdə dəm qazından zəhərlənib.

Daha çox xəbərlər