Region Xəbərləri 

Ağdaşda qaydaları pozan sürücülər barəsində inzibati tədbirlər görülüb – FOTO

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması  istiqamətində reyd keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbir zamanı atmosferi həddindən artıq çirkləndirən nəqliyyat vasitələri  xüsusi avadanlıqlarla müəyyən edilib. Onların sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb, hüquq və vəzifələri izah olunub.

Həmçinin, reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən, manevretmə, eləcə də digər qayda pozuntularına yol verən sürücülər də aşkarlanaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

 

 

Daha çox xəbərlər