Hadisə 

Sabirabadda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Sabirabadda ailə üzvləri dəm qazından zəhərlənib.

ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri – 1994-cü il təvəllüdlü Babayeva Asya Əli qızı, 2014-cü il təvəllüdlü Babayev Rüstəm Asim oğlu və onun qardaşı, 2015-ci iltəvəllüdlü Babayev Sinan Asim oğlu evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sabirabad Rayon Xəstəxanasında ilk tibbi yardım alıblar, sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər