Region Xəbərləri 

Bolqaristanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüş

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqaristanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib. Həmin görüşdə ölkə başçısı idmançıları və onların məşqçilərini salamlayaraq çıxış edib.

Cənab Prezident öz çıxışında qeyd edib: “Bolqaristanda keçirilmiş Avropa çempionatında  gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük güc numayiş etdirmiş və qələbəyə imza atmişlar.Əlbəttə,həm ölkə rəhbəri həm də bir Azərbaycan vətəndaşı kimi bu məni sevindirir. Düşünürəm ki,bu,böyük uğurdur. Xüsüsən də komandalar arasında birinci olmaq bizim üçün fəxrdir. Bu yarışda 16 medal qazanılıb.Onlardan 7-si qızıldır.Təsəvvür edin dövlət himinimiz 7 dəfə səslənib,bayrağımız digər bayraqlardan 7 dəfə yüksəyə qalxıb.Bu münasibətlə mən idmançılarımızı,onların məşqçilərini təbrik edirəm”.

Azərbaycanda idmana maraq ta qədimdən olmuşdur. Bir sıra milli yarışların tarixi bizə bəllidir.Tarixi qədim olan “Çovqan” oyunu,Azərbaycan pəhləvanlarının göstərdiyi nömrələr və s. Bunu sübüt edir.Məhz qədimdən gələn ənənəyə sadıq qalan gənclərimiz öz güclərini ölkədə və ölkədən kənar arenalarda sınayır və öz sözünü deməyi bacarırlar.

Azərbaycan idmanına maraq böyük olsa da,idmançılara göstərilən qayğı,onların rahat şəkildə məşq etməkləri üçün şərait,demək olar kı, yox dərəcəsində idi. Beynəlxalq yarışlara qatılan idmançılar yarışlarda iştirak edir və ölkəmizə qələbə ilə dönürdülər.Məhz bu qələbələr  idmana olan qayğını artırmağa başladı.Möhtərəm Prezidentimiz Milli Olimpiya komitəsinin prezidenti vəzifəsinə keçəndən sonra qarşısına yalnız bir məqsəd qoydu.İdmançılara şərait yaratmaq və onlardan yaxşı nəticə gözləmək. Bu belə də oldu.Görüş zamanı prezident yuxarıda qeyd etdiyim məsələyə də toxunmuş və bu barədə ətraflı məlumat vermişdir.

O qeyd etmişdir ki,idman ölkənin dövlət siyasətidir və hər bir ölkənin qüdrətini əks etdirir.Biz beynəlxalq görüşlərin,olimpiya oyunlarının reytinqinə nəzər salsaq,görəri ki,hər bir inkişaf etmiş ölkənin idman göstəriciləri kifayət qədər yuxarıdır.Bu təbidir iqtisadı baza önəmli rol oynayır.Əlbəttə,biz buna sevinirik.Çünki ölkəmiz inkişaf etmiş dövlətlər sırasındadır. Azərbaycana maraq böyükdür.Azərbaycan inkişafda olan dövlət kimi tanınır. Məhz buna görədir ki,iki il ərzində ölkəmiz iki böyük idman yarışının keçirilməsinə sahiblik edib.Həm Avropa oyunları,həm də İslam Həmrəyliyi oyunları yüksək səviyyə təşkil olunub və keçirilib.Əlbəttə,bu,beynəlxalq idman ictimaiyyətinin,federasiyalarının bizə olan münasibətinin əlamətidir.

Ölkə rəhbəri həm də qeyd edib ki,biz bundan sonra da bu görüşləri davamlı keçirilməsini təmin etməliyik. Əvvələr də bizim çempionatlarımız olub.Müxtəlif ölkələrdə dövlətimizi layiqincə təmsil ediblər,lakin siz gənclər onlardan bir şeylə fərqlənmisiniz.Siz qalib Azərbaycanı təmsil etmisiniz.Əgər bundan əvvəlki idmançılarımız məğlub ölkənin qalib idmançısı kimi vətənə dönürdülərsə,siz qalib ölkənin qalib idmançısı kimi geri döndünüz.Bax siz güləşərkən bunu hiss edirdiniz ki,siz məğrur xalqın nümayəndəsisiniz.Bu,sizə güc verirdi.Prezident İ.Əliyev idmanla  bağlı qarşısında duran vəzifələrdən də danışıb.Azad olunmuş torpaqlarının baş planı hazırlanarkən müxtəlif idman zallarının ,idman komplekslərinin plana saldığında qeyd edib.

Sonda cənab prezident qeyd edib ki,bundan sonra da idman və ölkəmizi yarışlarda təmsil edən idmançılarımıza qayğımız davam edəcək,ən müasir avadanlıqlarla təchiz olunmuş idman zallarında məşqlə davam etdiriləcək.O,idmançıları,məşqçiləri bir daha təbrik edib.

 

Şəkilə Xəlilova – Masallı rayon Qızılağac kənd sakini

Daha çox xəbərlər