Cəmiyyət 

Bu gün beynəlxalq Doğulmamış Uşaqlar Günüdür – Abort cinayətində günahkar kimdir, EDƏN yoxsa ETDİRƏN?

25 mart Beynəlxalq Doğulmamış Uşaqlar Günüdür.
 Məramı insan hüquqlarının müdafiəsi və artmaqda olan abortların sayını azalmağa sövq edən bu gün dünyanın bir çox ölkələrində – Argentina, Çili, Qvatemala, İspaniya, Slovakiya, Belarus və s. kimi yerlərdə qeyd edilir. Statistikaya baxsaq görərik ki, il ərzində doğulmayan uşaqların sayı doğulan uşaqların sayı qədərdir.
Bəs, Azərbaycanda il ərzində nə qədər uşaq abort yolu ilə tələf edilir?
2020-ci ilin statistik göstəricilərinə baxsaq görərik ki, Azərbaycanda 34719 abort edilib. İlk hamiləlik dövründə bu rəqəm 777-dir. Burada təkcə 18 yaşdan yuxarı qadınlar deyil, həmçinin 15-17 yaş arası zəif cinsin nümayəndələri da var.
Bu yaş qızlar üçün 29 abort, 18-19 yaş arası qadınlar üçün 1 270, 20-24 yaş arası 7 552, 25-29 yaş arası 10 993, 30 yaşlarında 9445, 35 yaşdan yuxarı qadınlarda isə 5430  abort  qeydə alınıb.
Bəs, abortların sayının durmadan artması nədən irəli gəlir? Bu problem ailədaxili təyziqlərdən doğan nəticədir, yoxsa şəxsi istəyə bağlıdır?
Məsələ ilə bağlı psixoloq Taryel Faziloğlu  fikirlərini Ednews-la bölüşüb. Onun sözlərinə görə, abortların durmadan artmasının bir neçə psixoloji səbəbləri var.
Onun sözlərinə görə, qadınlar həyatın mərkəzinə uşaqlarını deyil özlərini qoymaqları abort halarını artırır.
“Birinci səbəb nigahdan kənar münasibətlərin sürətlə artmasıdır. Son 20-25 ildə Azərbaycanda ailə münasibəti eroziyaya uğradığına görə abort etdirənlərin də sayı çox sürətlə artır. İkinci səbəb ailə daxilindəki münasibətlər və münaqişələrdir. Ailələrdəki təzyiq,ailə daxilindəki cəzalandırma metodu sonradan müəyyən təsirlər yaradır ki, onlardan biri də uşaq dünyaya gətirmədən tələf etməkdir. Üçüncü səbəb isə ailələrin çox uşaq istəməməsidir. İndiki ailələr az sayda uşaqla qane olurlar. Bunların hər biri isə insanların informasiya zəhərlənməsindən qaynaqlanır. Bura özəl həyat, sosial həyatdan çıxıb cinsi həyata üstünlük vermək aiddir. Bu da insanlarda sonradan bu kimi problemlərə gətirib çıxarır”.
Taryel Farizoğlu son zamanlar abort etdirmək istəməyib psixoloqa üz tutanların da sayının çox olduğunu vurğulayıb. Onun sözərinə görə, belə qadınları çox vaxt aborta getməyə yoldaşlarının ailəsi  məcbur edir. Elələri də var ki, qadın hələ ana olmağa hazır olmadığı üçün məsələnin həllini abortda görür. Psixoloq bu kimi hallarla qarşılaşmamaq üçün ailə qurmazdan öncə tərəflərin mütləq ailə psixiterapiyasından keçməyi məsləhət görür.
“Burada ailənin psixoloji hazırlığı lazımdır.Çünki təcrübələr onu göstərir ki, bu gün qurulan ailələrin çox az hissəsi evliliyə hazır vəziyyətdədir. Ailə qurduqdan sonra hazır olmadıqlarını düşündükdə ya boşanmalar ya da bu cür travmalarla qarşılaşırıq. Bütün bunların hətta abortun belə qarşısını almaq üçün mütləq şəkildə ailə psixiterapiyasından keçmək lazımdır”.

Daha çox xəbərlər