Maşın ağaca çırpılıb, sürücü ölüb
Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin 1987-ci il təvəllüdlü sürücüsü, Talıbov Temur Mahmud oğlu idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib, sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

