Region Xəbərləri 

Gənclərə bayram ovqatı bəxş edən “Novruz qatarı”ndan FOTOREPORTAJ

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və “Naxçıvan Dəmir Yolları” MMC-nin birgə təşkilatçılığı, muxtar respublika gənclərinin iştirakı ilə ilk dəfə 2019-cu ildə keçirilən “Novruz qatarı” bu il də Naxçıvan dəmiryolu vağzalından Ordubada yola düşüb.

Gənclər Ordubad şəhərinə yollanıb, hər il Ordubadda ənənəvi olaraq keçirilən, yerli və xarici turistlərin marağını cəlb edən “Xanbəzəmə” şənliyində iştirak edərək əyləniblər.

AZƏRTAC-ın Naxçıvan bürosu “Novruz qatarı” layihəsi ilə bağlı fotoreportajı təqdim edir.

Daha çox xəbərlər