Cəmiyyət 

Vətəndaşlara növbəti dəfə ağac tingləri hədiyyə edilib

“Bir ağac-min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bu gün Sabirabad rayonunda “Bazarstore” supermarketin qarşısında keçirilib.

Aksiya zamanı könüllülər tərəfindən vətəndaşlara Nazirliyin tinglik sahələrində yetişdirilən sərv, tuya, heyva, nar tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

Tinglərin paylanılması aksiyası növbəti günlərdə də davam etdirələcək. Hər kəsi təbiətə fayda verəcək bu aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırırıq.

Daha çox xəbərlər