Naftalanda parkda kişi meyiti aşkarlanıb
Naftalan şəhərində park ərazisində kişi meyiti aşkarlanıb.
ARANTV.AZ xəbər verir ki, Naftalan şəhər sakini, 1976-cı il təvəllüdlü R.Quliyevin ölüm səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon Şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

