Region Xəbərləri 

Masallıda elektrik şəbəkəsi yenilənir

“Azərişıq” ASC yeni layihəsinə başlayıb. Layihə çərçivəsində Masallı rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Bunlar Xırmandalı, Eminli, Ərəb və Molloba kəndləridir. Artıq montyorlar iş başındadır. Keyfiyyətə xüsusi diqqət yetirməklə, görülən işlərin sürəti bir an belə səngimir.

Ümumilikdə, 1980 abonentin yaşadığı bu 4 kənd ərazisində 32 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq, 50 km-dan çox 10 kV-luq, 130 km-a yaxın 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər