Yaz ağac əkini çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.
Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, bayram günlərində respublikanın meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 23 hektar ərazidə 40 mindən çox meşəcinsli ağac tingi əkilib, 300 kiloqram toxum səpilib.
