Cəmiyyət 

“Mütləq Şuşaya gəlin” – Dünya şöhrətli fotoqraf QARLI ŞUŞAdan kadrlar paylaşdı – VİDEO

Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış dünya şöhrətli fotoqraf Reza Deqati Şuşayla bağlı paylaşım edib.

ARANTV.AZ  xəbər verir ki, şəxsi “Instagram” səhifəsində qarşı Şuşanın görüntülərini yerləşdirən fotoqraf bildirib ki, o, 1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşanı tərk edən sonuncu jurnalist olub:

“Həmişə geri qayıtmaq istəyirdim və 2020-ci ildə şəhərə gələn ilk jurnalist mən oldum.

Azərbaycan abidələrinin bu dərəcə vandalizm və geniş çaplı dağıdılması məni sarsıtdı. Mən bütün Qarabağı, xüsusən Şuşanı işğaldan azad olunduğu gündən fotolarını çəkirdim və onu qar altında çəkib Novruzda orda olmağı arzulayırdım. Hər iki arzum bir anda gerçəkləşir. Sevimli bağçasında oynayan uşaq kimi idim. Mütləq Şuşaya gəlin.

Ümid edirəm ki, bəyənəcəksiniz”.

Daha çox xəbərlər