Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasəti.
Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin başlamasından bir neçə gün öncə Rusiya ilə müttəfiqlik bəyənnaməsi imzalayan, iki il əvvəl isə Ukraynanı özünə strateji tərəfdaş seçən Azərbaycanın bir aydan artıqdır ki, davam edən müharibənin gedişində yürütdüyü balanslı siyasət bir daha İlham Əliyev cənablarının müdrüklüyünü və dühasını bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet istiqamətlərdən birincisi dövlətimizin maraqlarının təmin olunmasıdır. Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutmuş və hər zaman dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsində özünün qətiyyətli mövqeyini açıq nümayiş etdirmişdir. Ölkə başçımızın da dəfələrlə vurğuladığı kimi “Azərbaycan bu müharibənin diplomatik yolla həllinin tərəfdarıdır” sözləri dövlətimizin bu müharibədəki mövqeyini əks etdirir. Lakin təssüf hissi ilə qeyd etməliyik ki, bütün milli məsələlərdə dövlətimizin və xalqımızın mənafeyini deyil, öz havadarlarının maraqlarını qorumağa çalışan radikal müxalif cinah bu həssas dövrdə də milli maraqlarımıza zidd çağırışlar etməkdədirlər. “Ukraynaya dəstək aksiyası” adı altında həyata keçirilməyə çalışılan bütün siyasi çağırışların mahiyyəti bir daha onların bu millətdən nə qədər qopuq halda olmalarının bariz sübutudur. Unutmamalıyıq ki, Azərbaycanın yerləşdiyi geosiyasi vəziyyət bizi dövlət olaraq hər zaman ehtiyatlı olmağa və balanslı siyasət aparmağa vadar edir. 90-cı illərin əvvəlində mövcud iqtidarlarların yarıtmaz xarici siyasəti və qonşu dövlətlərin düzgün qiymətləndirilməməsi Azərbaycanı fəlakətə sürükləmiş, əzəli torpaqlarımızın işğal olunması və bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir. Bu gün təssüf hissi ilə qeyd etməliyik ki, hazırda Ukrayna xalqı Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığı acı taleyi yaşamaqdadır. Dünya ictimaiyyəti bu müharibədə bir daha yaxın müttəfiqini qoruya bilməyən Qərbin yürütdüyü ikiüzlü siyasətin acı nəticələrini görmüş oldu. Lakin dövlətimiz humanitar prinsipləri əsas tutaraq dost Ukrayna xalqını yalnız qoymamış və “imkan çərçivəsində” Ukrayna xalqına öz köməkliyini əsirgəməmişdir.
Bütün provokativ cəhdlərə və təzyiqlərə baxmayaraq Azərbaycan çox ölçülü, balanslı və dövlətimizin mənafeyinə uyğun siyasət yürütməkdədir. Təsadüfü deyildir ki, qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçımız barədə dediyi “İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderdir və bu müharibəni də ən yaxşı təhlil edənlərdən biridir” sözləri İlham Əliyev cənablarının bu məsələdə tutduğu mövqeyə verilmiş ən yüksək qiymətdir. Bu məqamda dövlət başçımızın “Nəyi, necə, nə vaxt etmək lazımdır bunu mən bilirəm!” sözlərinin reallığda nə qədər əhəmiyyətli və önəmli olduğunu hər birimiz artıq dərindən anlayırıq.
Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.

