Ayaz Mütəllibovun nəvəsi: “Xəbəri eşidən kimi Azərbaycana gəldim”
“Axrıncı dəfə bir ay əvvəl danışmışdıq. O, xəstəliyi səbəbi ilə bəzən danışa bilirdi, bəzən isə yox”.
Bu sözləri mərhum eks-prezident Ayaz Mütəllibovun nəvəsi Tahir Mütəllibov Musavat.com-a açıqlamasında bildirib.
Nəvəsi ötən gün Bakıya gəldiyini deyib:
“Ötən gün babamın ölüm xəbərini eşidən kimi Azərbaycana, Bakıya qayıtdım. Babam mənimlə daha çox siyasətdən danışırdı… Onun üçün darıxıram”.

