Siyasət 

İlham Əliyev və Mehriban Əliyeva Ayaz Mütəllibovla vida mərasiminə əklil göndəriblər – FOTO

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov ilə vida mərasimi keçirilir.

ARANTV.AZ-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilən mərasimdə mərhumun ailəsi, ictimai xadimlər iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva A.Mütəllibovun vida mərasiminə əklil göndəriblər.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki,  Ayaz Mütəllibov millətini, dövlətini sevən şəxs olub.

 

Daha çox xəbərlər