Dünya 

Peskov: “Rusiya-Ukrayna danışıqlarının bu gün başlayacağı ehtimalı azdır”

Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsinin bu gün başlayacağı ehtimalı azdır.

Bu, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərindən aydın olub.

“İstanbulda planlaşdırılan Rusiya-Ukrayna danışıqları, çətin ki, bu gün başlasın. Danışıqlar sabah baş tuta bilər”, – deyə Peskov jurnalistlərə bildirib.

Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski martın 29-30-da danışıqların yeni mərhələsinin baş tutacağını bildirmişdi.

Mənbə: Radio1.news

Daha çox xəbərlər