Cəmiyyət 

Azərbaycan əhalisinin 30 faizi bayram günlərində metrodan istifadə edib – AÇIQLAMA

Bayram və istirahət günlərində Bakı metropolitenində daşınan sərnişinlərin sayı açıqlanıb.

“Bakı Metropoliteni” QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bayram və istirahət günləri də daxil olmaqla, cari il martın 19-dan 27-dək 9 gün ərzində Bakı metropoliteni 3 milyon 243 min 851 sərnişin daşıyıb. Orta hesabla gün ərzində 360 min 428 daşınıb.

Ən çox sərnişin martın 19-u daşınıb, ən az sərnişin isə martın 20-də daşınıb. Müvafiq olaraq martın 19-da 421 min 96 sərnişin, 20-də isə 215 min 703 sərnişin daşınıb.

Daha çox xəbərlər