Sosial 

“Yox” deməyi bacarmaq

Münasibətlər də “Yox” “Hə” ifadələri göründüyündən artıq mənaları ola bilir. “Hə” demək yüksək dəyərlərə sahib olmaq düşünülürkən, “Yox” demək qapalı, intizamsız kimi qələmə verilir.

Nə üçün “Yox” deməkdə çətinlik çəkilir?

Əslində bunun təməli uşaqlıq illərinə söykənir. Mənəvi və təbii ehtiyaclarını ödəmək üçün və bunların ardı kəsilməsinə deyə valideynlərini məmnun etməyə, rədd edilmək və qarşı tərəfi incitmək qorxusu ilə öz duyğu və düşüncələrinizi gizlətməyə çalışırsınız. Bəzən də qarşı tərəf egolu hesab etməsin deyə, “Yox” deməyi bacarılmır. Elə zənn edilir ki, “Yox” deyərək qarşı tərəfin sevgisini, dəyəri itirilir.

“Yox” demək nə üçün bu qədər önəmlidir?

İstəmədiyimiz birşeylərə “Yox” demək, bizim özümüzə olan dəyərimizi qoruyur. Bəzən qarşı tərəfin hörmətini qazanmaq, təqdir edilmək üçün də “Hə” deməyə üstünlük verilir.  Belə olduqda isə başqasının istəklərini öz istəklərinizdən daha ön plana çəkmiş olursunuz. Ola bilər başqasını incitməmək üçün ona dəyər verdiyiniz üçün sizin üçün önəmlidir, yenə də istəmədiyiniz birşeyi başqası razı qalsın deyə etmək doğru deyil.

“Yox” deyə bilməmək sizin həyatınızın nizamsız olmasına səbəb olacaqdır. İstəklərinizi göz ardı edib başqalarının istəklərini həyata keçirmək, öz həyatınız da etmək istədiklərinizə zaman ayıra bilməməyə səbəb olacaqdır.

Kimlər “Yox” deyə bilmir?

Sərhədlərini qoruya bilməyənlər.

Özünü dəyərsiz hiss edənlər.

Özünə dəyər verməyi bacarmayanlar.

İçindəki yaxşı insanı itirmək istəməyənlər.

Qorxu və narahatlıq keçirənlər.

Sevilməmə qorxusu olanlar.

“Yox” deməyi bacarmaq üçün nələr etməlisiniz?

“Yox” sözünün yerinə ona yaxın cümlələrdən istifadə edin. “Təəssüf bunu edə bilməyəcəm, çox sağ ol bunu etmək istəmirəm” deyə bilərsiniz.

Etmək istəmədiyiniz hər nədirsə, yumşaq cümlələrlə ifadə edin.

Alternativlər ortaya qoyun.

Bir şeyə “Yox” deyirsinizsə, “Bəlkə sonra edərəm, bəlkə başqa variant da edərik” kimi ifadələr istifadə etməyin. Çünki qarşı tərəf inanmağa başlayacaq ki, siz razı olacaqsınız.

“Yox” deməyi bacarmamaq şəxsiyyət pozuntusu deyildir. Bununla yanaşı davamlı olaraq bunu bacarmayanlar, şəxsi inkişafına və gələcəkdə psixoloji problemlərə yol açır.

Yüksək mənliyə sahib olmaq üçün:

Özünüzü tanımanız

Ətraf çevrə ilə sağlam münasibət

Özünüzü qəbul etməyiniz

Özünüzü düzgün ifadə edə bilməyiniz

Özgüvənli olmağınız lazımdır.

Lazimi yerdə “Yox” deməyi bacarmağınız özünə verdiyiniz dəyər və şansdır.

Zümrüd Haqverdiyeva,
Psixoloq

Daha çox xəbərlər