İstanbulda Ukrayna-Rusiya danışıqlarının növbəti raundu başladı
İstanbulda mətbuata qapalı rejimdə Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçirilir.
Danışıqlar Türkiyə Prezidentinin Dolmabağça iqamətgahında aparılır.
Buna qədər isə nümayəndə heyətlərinin rəhbərləri – Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya arasında ikitərəfli görüş keçirilib.
Mənbə: RİA Novosti

