Region Xəbərləri 

Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktı erməni barbarlığının bariz nümunəsidir.

Bildiyimiz kimi 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.1918-ci ilin mart ayının 31-də Bakı şəhərində, Qarabağ, Naxçıvan, Zəngəzur, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Kürdəmir, Göyçayda kütləvi qırğına başlanılmışdır.On minlərlə vətəndaşımız amansızlıqla qətlə yetirilmişdir.
Vandalizm hadisəsi törədən ermənilər elə ilk günlərdə əhaliyə qəddarlıq göstərmişdir.Ümumilikdə isə dinc əhalinin qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. İlk üç gün davam edən qırğın zamanı 12min insan qətlə yetirilmişdir. Vətəndaşlarımıza qarşı törədilən bu faciəyəyə XX əsrin sonlarınadək lazımı hüquqi qiymət verilməmişdir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra soyqırımı hadisələrinə hüquqi-siyasi qiymət verildi. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 Mart tarixi- Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi 2013-cü ildə açılmış və orada nümayiş etdirilən eksponatlarda bizim tariximiz, yəni erməni vəhşiliyi, eyni zamanda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsi əks olunur. Bununla yanaşı bu hadisəyə dövlətimizin başçısı tərəfindən xüsusi diqqət göstərilmişdir ki, cənab Prezident “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli sərəncam imzalamışdır.Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə məhz 31 Mart soyqırımı,20 Yanvar, Xocalı faciəsi qurbanlarının qisasının alınması ilə nəticələndi ki, bu gün əziz şəhidlərimizin ruhu şaddır. Onların qanı yerdə qalmadı. Doğma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu ele möhtəşəm bir Qələbəyə imza atmışdır ki, bu böyük Qələbə bizim iftixar hissimizə,qürur mənbəyimizə səbəb olmuş,eyni zamanda Ölkəmizin qüdrətli və güclü dövlət olmasını sübuta yetirmişdir.
Allah Azərbaycanın suverenliyi,ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə rəhmət etsin.
Elman Əlibəyli
YAP fəalı, Yevlax şəhər UGİŞM-in direktoru.

Daha çox xəbərlər