Region Xəbərləri 

Şəki tütünçüləri mövsümə hazırlaşırlar

Cari təsərrüfat ilində Şəki rayonunda 1250 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkininə hazırlıq işləri davam etdirilir.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tütün əkini ilə əlaqədar bu günədək 193 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr hələlik 875 hektar təşkil edir. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 62,5 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillərin aprelin 20-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1241 hektar sahədən 4150 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb.

Daha çox xəbərlər