Bərdənin Əyricə kəndində şəhid Mehman Quliyevin adına bulağın açılışı olub
Martın 29-da Bərdənin Əyricə kəndində şəhid Mehman Quliyevin xatirəsinə ehtiram olaraq inşa olunan bulağın açılışı olub.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə kollektivlərinin nümayəndələri, kənd sakinləri, şəhid ailələri , qazilər iştirak ediblər.
Onu da qeyd edək ki, şəhid Mehman Quliyev 1992-ci ilin martın 29 – da Bərdə rayonunun Əyricə kəndində anadan olub. Ordu sıralarında həqiqi hərbi xidmətini başa vurandan sonra MAXE kimi fəaliyyətini yenidən davam etdirib. 44 günlük müharibə vaxtı 2020-ci il oktyabrın 6-da kəşfiyyat bölüyündə çətin döyüş əmrini yerinə yetirərkən Ağdam istiqamətində şəhid olub. Şəhid Mehman Quliyevin yadigarı Damla adında qız övladı var.
Şəhid Mehman Quliyevin valideynlərinin iştirakı ilə bulağın üzərindəki pərdə götürləndən sonra tədbir iştirakçıları abidənin qarşısına güllər qoyub, bulağın açılışını həyata keçiriblər.
Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev çıxış edərək şəhidlərin ruhuna ehtiramını bildirib. Qeyd edib ki, birinci Qarabağ müharibəsində uğursuzluqlarımız olsa da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yürüdülən qətiyyətli siyasət sayəsində II Qarabağ müharibəsində qələbəmiz təmin olundu. Natiq I Qarabağ müharibəsinin şəhidlərinin də bu günkü qələbəmizin təmin olunmasında misilsiz xidmətlərini qeyd edib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev bildirib ki, şəhid Mehman Quliyev kəşfiyyatçı komandir kimi qəhrəmanlıqlar göstərib. Onun haqqında danışılanları eşidəndə heyrətlənməmək olmur. Xosrov Musayev qeyd edib ki, şəhid Mehman Quliyevin ailəsində dəfələrlə qonaq olublar. Bu ailənin vətənpərvərliyinə heyran qalıblar. Natiq çıxışının sonunda bütün şəhid ailələrinə və qazilərə ehtiramın bildirib. “ onların qarşısında baş əyirik”- deyə nitqini yekunlaşdırıb.
Və digər natiqlərdə çıxış edərək şəhid ailələri və qazilərə ehtiramlarını bildiriblər.
Media1.az- Musa Muradlı










