Yaddaşlara həkk olunan qanlı soyqırım
Rusiya imperiyasının cənub sərhədlərinin möhkəmləndirilməsi, buraya imperiyaya sadiq xristian millətlərin köçürülməsi siyasəti nəticəsində Azərbaycan torpaqlarına köçürülən ermənilər illər boyunca “Böyük Ermənistan” xülyasını reallaşdırmağa çalışıblar. Öz havadarlarının köməyi ilə müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olmuşdur. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin günlərdə Azərbaycanlılar məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalmışdılar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Bu hadısələr öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Tarixi araşdırmalar göstərib ki, mart soyqırımında “Daşnaksutyun” partiyasının rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilib. Sovetlər dönəminədə 70 il xalqdan gizlədilən bu qanlı hadisə nəhayət ki, ulu öndər Heydər Əliyevin səyləri ilə Azərbaycanlıların soyqırımı kimi tanındı. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işlərinə başlanıldı. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Həmin Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilər

