Ucarda 260 hektardan çox sahədə kartof əkilib
Ucar rayonunun torpaq mülkiyyətçiləri yazlıq kartof əkinini başa çatdırıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu mövsümdə Ucarda 264 hektar sahədə yazlıq kartof əkilib. İlboyu bazarlarda kartofa olan tələbat torpaq mülkiyyətçilərinin bu məhsulun istehsalına marağını ildən-ilə artırır. Təsadüfi deyil ki, cari mövsümdə kartof əkini sahəsi 29 hektar genişlənib.
Kartof rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox Qulabənd, Qazıqumlaq, Müsüslü, Yuxarı Şilyan və bir sıra digər kənd icra nümayəndəliklərində əkilib.

