Region Xəbərləri 

Asim Rüstəm: “1918-ci il hadisələri, eləcə də mart soyqırımı tarixdə misli görünməyən ən ağır soyrımlardandır”

1918-ci il hadisələri, eləcə də mart soyqırımı tarixdə misli görünməyən ən ağır soyrımlardandır. Bu tarixi soyqırım təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də qanlı faciələrdən biridir. O dövrün kirli siyasəti və qərəzli addımlarının əsas məqsədi Azərərbaycan xalqına qarşı soyqrımlar və ölkə miqyaslı qətliyamlar törətmək idi.Bu qanlı faciələrdən illər keçsədə, tarix nə unudulur nə de yaddan çıxır.“Böyük Ermənistan” xülyası gerçək olmadığını görən düşmənlər öz çirkin əməllərini dinc xalq üzərində yeritməyə başladılar. Əsrlər boyu düşmənçilik, kin, nifrət hissi bəsləyən ermənilər, soyqırımlar törətməklə çirkli niyyətlərini açıq aşkar bildirmiş oldular.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir

Daha çox xəbərlər