Britaniya səfiri Azərbaycana təşəkkürünü bildirib
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Azərbaycana təşəkkürünü bildirib.
ARANTV.AZ xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Prezident İlham Əliyevlə vacib müzakirələrimiz oldu. Biz Azərbaycanın Ukraynaya göstərdiyi mühüm humanitar yardıma görə minnətdardıq. Münaqişənin sülh yolu ilə həllinin zəruriliyi barədə razılığa gəldik. Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır” , – paylaşımda bildirilib.

