Region Xəbərləri 

Ağdaşda elektrik problemi nə zaman həll olunacaq? – VİDEO

Ağdaşın Yuxarı Ləki kəndi Bakı-Qazax yolunun 262-ci kilometrliyində, magistral yolun kənarında yerləşir.

Kənd təkcə Mərkəzi Aran bölgəsində deyil, hətta ölkədə ən böyük kəndlərdən hesab olunur və təqribən 15 mindən çox əhalisi var.

Minlərlə sakini narahat edən əsas problem isə kənddəki elektrik dirəklərinin, naqillərinin və üzəri açıq vəziyyətdə olan transformatorların yaratdığı təhlükədir. Sakinlər deyirlər ki, kənddə külək əsən kimi elektrik enerjisinin verilişi dayanır. Səbəb isə naqillərin istismar müddətini çoxdan başa vurmasıdır.

“Azərişıq” ASC-dən məsələ ilə bağlı bildirilib ki, hazırda Ağdaş rayonunun Orta Ləki kəndinin enerji təsərrüfatı yenidən qurulur. Sözügedən kənddə işlər yekunlaşdıqdan sonra Yuxarı Ləkinin də elektrik şəbəkəsi yenidən qurulacaq. Artıq bu istiqamətdə görülən işlər layihələndirilib və plana uyğun olaraq bir ay sonra icrasına başlanılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Daha çox xəbərlər