Böyük Britaniyanın Azərbaycanda səfərdə olan Silahlı Qüvvələr naziri Ceyms Heppi Şəhidlər xiyabanını ziyarət edib.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp sosial media hesabında yazıb.
Ceyms Heppi 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıb.
