Cəmiyyət 

Altı əsr yaşı olan abidə məhv olmaq üzrədir: “Minəcik” karvansarayından FOTOREPORTAJ

XV əsrdə tikilən Qaradağ rayonu ərazisində yerləşən “Minəcik” adı ilə tanınan karvansaray baxımsız vəziyyətdədir.

Bu tikili Qaradağ rayonunda, daha dəqiq Sanqaçal və Əzimkənd yaxınlığında Minəcik deyilən ərazidə yerləşdiyi üçün “Minəcik” karvansarayı adlandırılıb.

XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansaray  istifadəsiz qalıb. Bu tikili Şirvan-Abşeron memarlıq məktəbinə aiddir.

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə kanvansaray dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilsə də, buna baxmayaraq, zövqlü və xüsusi arxitekturası olan abidə diqqətsizlik üzündən tarixdən silinmək üzrədir.

“Global Photo Stock”un əməkdaşı taleyin ümidinə buraxılan karvansarayın son vəziyyətini kamerasının yaddaşına köçürüb:

 

Daha çox xəbərlər