Gündəm 

Mişanın «bomba rabatay» fəlsəfəsi

İllərdən bəri Azərbaycana qarşı münasibətlərini ikili standartlar baxımından «tarazlayan» Ermənistana yaxınlıqları ilə seçilən qüvvələr hələ də eyni havaya əl çalmaqdadırlar. Şübhəli, müəmmalı olan əsas məsələ isə bu qüvvələri təmsil edənlərin görüb, eşitmə ilə bağlı problemlərinin olub, olmamasıdır. 30 il susaraq ağızlarına su alan ATƏT, Avropa Parlamenti, hərdən bir səsini astaca çıxaran Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nala-mıxa vurmaq şakərləri davam etməkdədir. Bütün dünyanın diqqətinin planetimizin qaynar nöqtəsi olan Rusiya-Ukrayna müharibəsinə yönəldiyi vaxtda belə Azərbaycanda mikroskopla nə isə axtarırlar. Təki Ermənistana yaranmaq üçün Azərbaycanın əleyhinə addımlar atılsın. Məntiqlə planetimizin çalxalandığı indiki zamanda BMT də, Avropa Parlamenti də, AŞPA da yaranan vəziyyətdən narahat olmalı, real çıxış yolu axatarmalı, təcili dinləmələr təşkil etməli, Kiyevə, Xarkova, ermənilərin dağıtdıqları Ağdama, Füzuliyə bənzəyən, yəni daşı daş üstündə qalmayan Mariopola nümayəndələr göndərməlidirlər. Avropa ölkələrinin qulağının dibində partlayan bombaların susdurulması üçün real addımlar atılmalı, yaranan vəziyyətdən çıxış yolu axtarılmalı, dünya birliyi sülh naminə birləşməli, səfərbər olmalıdır. Avropa Parlamentinin Ermənistan silahlılarının dağıtdıqları əraziləri bərpa edən Azərbaycanı müzakirəyə çıxarması bu ermənipərəst qurumun ikili oyunlarını göstərir. Yollar çəkən, erməni vandallarının dağıtdıqları abidələri bərpa edən, torpaqları minalardan, məscidlərimizi murdar donuz nəfəsindən təmizləyən, azan səsi ilə yolunu azanları haqqa dəvət edən Azərbaycana qarşı illərdən bəri ünvanlanan xəbis niyyətlər bitmir ki , bitmir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın törətdiyi soyqırımları, cinayətləri, xarabalığa çevirdikləri dağıntıları görməyən avropalı parlamentarlar ermənilərin diktəsi ilə yenə də ölkəmizə qarşı mənfur niyyətlərini davam etdirməkdədirlər. İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə belə pərdəarxası da olsa Ermənistanı dəstəkləyən, ATƏT-in Minsk qrupunun bərpasına çalışan beynəlxalq təşkilatlar ölkəmizə qarşı təhdidlərinin mənasız olduqlarını bilsələr də məğlub Ermənistanın könlünü almaq naminə ikili standartlarını davam etdirirlər.

Hərbi gücü ilə torpaqlarımızı işğaldan azad edən, ermənilərin viran qoyduqları ərazilərdə öz imkanları, gücü hesabına bərpa -qurculuq işləri aparan Azərbaycanın iqtisadi qüdrətinə də qısqanclıqla yanaşanlar yenə də erməniliyi dəstəkləyirlər. Avropalıları bir tərəfə qoyaq. Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin «Rossiya 1» telekanalında yayımlanan «60 dəqiqə» verilişində Azərbaycanı «proksi dövlət» adlandırması isə əsl əbləhlikdir. Daha çox uzağa gedərək və başından böyük qələt edərək Azərbaycanın neft sənayesinin bombalanması təklifi ilə sanki yeni planet kəşf etdiyini hiss edən Mişa elə adının açıqlamasına bənzər gediş edib sonradan sözlərinin düzgün anlaşılmadığını bildirən, sonradan ifadələrinə görə üzr istəyən Mixail Delyaqin «Mənim sözlərimdən qorxan, inciyən və yaxud təhqir olunan hər kəsdən üzr istəyirəm» sərsəmləməsi ilə üzrü günahından betər ifadələr işlətməklə, necə deyərlər gül vurub. Soruşan lazımdır: Sən kimsən ki, səndən qorxan da olsun. Sələfi , Azərbaycanın və Türkiyənin düşməni təlxək, gorbagor Jirinovskinin yolu ilə gedən, Qarabağdakı son vəziyyətə «özünəməxsus» tərzdə toxunaraq «Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq… Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır» kimi şovinist ifadələri ilə qanmadığı məsələyə burnunu soxan Mixail Delyaqinin filosofluğu köpəyin aya baxıb hürməsinə bənzəyir. Bircə onu düz deyib ki, ölkəmizin neft –qaz sənayesi yalnız Azərbaycan xalqına məxsusdur və sərvətini heç kimlə bölüşmək, bağışlamaq fikri də yoxdur. Belə baxanda bu sərsəmin qanmazlığını bağışlamaq olar. Çünki hazırda dünya ictimaiyyətinin həyəcanla izlədiyi mənzərə göz qabağındadır: bomba atan da, bombalanan da bəllidir. Azərbaycanın gücünü, qüdrətini hesablamağa savadı çatmayan Mişanın belə xəyal dünyasına qapılması, diqqəti başqa səmtə yönəltmək istəyi başadüləndir. Çünki acgöz haram tikədən doymaz, riyakar hiyləgərlikdən əl çəkməz.

Daha çox xəbərlər