Ceyhun Bayramov 31 mart soyqırımı günü ilə bağlı paylaşım edib
Xarici işlər naziri Ceyhun Bayramov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı feysbuk sosial səhifəsində paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, paylaşımda qeyd edilib:
“31 Mart Azərbaycanlıların Soyqırımı Günündə soyqırımının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq”.

