Region Xəbərləri 

31 mart – Azərbaycanlıların Soyqırımı Günü.

Azərbaycanlıların kütləvi soyqırımı, kütləvi represiyası,öz yurd-yuvasından didərgin salınması XX əsr tarixinin ən dəhşətli və faciəvi səhifələrindəndir. İrəvana və Azərbaycanın digər bölgələrinə məqsədli şəkildə köçürülən ermənilər sonralar torpaqlarımızda “Böyük ermənistan” xülyası ilə yaşayaraq bolşevik bayrağı altında Azərbaycan xalqına böyük faciələr yaşatmışlar.
Azərbaycanlıların soyqırımından bəhs edərkən 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Qarabağ, Naxçıvan, Lənkaran, Salyan, Zəngəzur və digər ərazilərdə törədilən qırğınlardan bəhs edilir. Təkcə Azərbaycan tarixində deyil bəşər tarixində ən qanlı faciələrdən olan 1918-ci ilin mart soyqırımı zamanı 30 mindən çox azərbaycanlı, onlarla yanaşı minlərlə Ləzgi, Yahudi, Rus, Avar və Talış milliyətinə mənsub insanlar da qılıncdan, süngüdən keçirilmiş, 10 minlərlə insan oz torpaqlarından qovulmuş, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixində 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzün və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyirik. Arzu edirik ki, Azərbacanın başı üstünü heç vaxt qara buludlar almasın. Səma aydın olsun.Həmişə sülh, əmin-amanlıq olsun!
Nuridə Əhmədova
YAP Laçın rayon təşkilatının 41 saylı ƏPT sədri,Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbin direktoru

Daha çox xəbərlər