Region Xəbərləri 

Quba Soyqırımı Memorial kompleksi

Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmişdir. Kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanin müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur.Bu həqiqətin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradilmasina qərar vermişdir.
Memorial kompleks 2012-2013cu illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013-cü il sentyabrın 18də açılmışdır.Kompleksin sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir:
1.Xatirə abidə burda askarlanan məzardan çıxan insan sümüklərinin dəfn olunduğu yerdir
2.Simvolik məzarlıq-bu hissədə qədimdən bəri Qubanın rəmzi olan alma ağacları əkilmişdir, həmçinin faciə qurbanları olan qadin,gənc,uşaq və qocalarin xatirəsinə hörmət əlaməti olaraq 3 ölçüdə 40 mərmər daş yerləşdirilmişdir.
3.Soyqırımı muzeyi- bu sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırım zamanı və bu hadisədən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat verilir. Muzeyin girişindəki ekspozisiya”Dinc Quba” adlanir.
4.Bayraq meydanı-burada Azərbaycan Respublikasının bayrağı 20 metr yüksəklikdə dalğalanır.
5.Informasiya mərkəzi – bu məlumat mərkəzində isə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana,oxu zalı,audio-bələdçi və1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən 3 dildə 16 adda buklet ve kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.
Zülfüqarova Samirə
Laçın şəhər 1 nömrəli tam orta məktəbin müəllimi
YAP Laçın rayon təşkilatının fəalı

Daha çox xəbərlər