Region Xəbərləri 

31 Mart soyqırımı mənfur erməni vəhşiliyinin göstəricisidir.

Bizim çox qədim tariximiz var,bu tarixi unutmaq və ya unutdurmaq mümkün deyil.Keçmiş gələcəyə açılan bir qapıdır. Əgər durub ötən illərə nəzər salsaq nə qədər gözəl olsada bir o qədərdə qanlı,faciəli tariximizin olduğunu görəcəyik.Həmin o tarixin bir parçasıda 1918-ci il 31 mart soyqırımıdır.
Bakı 1918-ci il 30 mart dan 3 apreldək şəhər qana bürünüb,dinc əhali qorxunu, əzabı dadıb, uşaq,böyük demədən amansız şəkildə qətlə yetirilib.Qadın,qoca bilmədən işgəncələr verilib.Sözü gedən qətliyam Elmənistanın törətdiyi kütləvi qətildir.
Bu dəhşətli hadisə təkcə Bakıda yox Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur kimi torpaqlarımızda da höküm sürdü. 30 min Azərbaycanlı qətlə yetirildi,10 minən çox insan isə öz torpaqlarından qovuldu.Bu qanlı faciədə saysız insanlar diri-diri yandırılmış,tarixi abidələr,məktəblər,xəstəxanalar yox edilmişdir.Azərbaycan vətəndaşlarından başqa yəhudu,rus, avar və talış milliyyətinə mənsub insanlar qılınclanıb.Bir sözlə heç kimə mərhəmət göstərmədən,ermənilər insanları vəhşicəsinə qətlə yetirib.
Öncədə qeyd etdiyim kimi bu soyqırım yalnız Bakıda yox digər bölgələrimizdə də baş verdi.Şamaxıda 72 kəndə Ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilib. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır. Amansız şəkildə insanları baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən istifadə etməklə başılarını bədəndən ayırıblar.Ekspertiza zamanı bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanları quyular qazaraq orada basdırıblar.Bəli bunların hər birini insan insana edib bu hansısa bir filmdən götürülmüş bir hekayə deyil,hərbiri real tarixdir,həqiqətdir.Qanla bürünmüş unudulmaz soyqırımdır.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Sərəncam imzalamışdır. Sözügedən Sərəncamla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. YAP Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu il tarixli Sərəncama əsasən Qubada qazıntı zamanı aşkarlanan kütləvi məzarlığın olduğu ərazidə 2013-cü il tarixdə Quba Soyqırımı Memorial Kompleksinin açılışı olmuş və soyqırımı qurbanlarının əziz xatirəsi əbədiləşdirilmişdir. 2020-ci ildə Ali Baş Komandanımızın rəhbərliyi başlayan Vətən müharibəsində Azərbaycan Ordusu mənfur erməni ordusuna ele bir dərs verib, kaptuliyasiyaya məruz qoydu ki, bu böyük Qələbəmiz tarixin səhifələrinə qızıl hərflərlə yazıldı. Eyni zamanda soyqırımı qurbanlarının da qisası Vətən müharibəsində alındı,onların qanı yerdə qalmadı. Biz Yeni Azərbaycan Partiyasının fəalları adından soyqırımı qurbanlarını və bütün şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
Nüşabə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı,
“Yevlax Gənclər Evi” SXM-nin əməkdaşı.

Daha çox xəbərlər