Gündəm 

Yanvarda İndoneziyadan 17 mln. manatlıq palma yağı idxal edilib

Bu ilin yanvar ayında Azərbaycan xaricdən ümumi dəyəri 12,842 mln. ABŞ dolları (21,831 mln. manat) təşkil edən 8 770,63 ton xam palma yağı idxal edib.

ARANTV.AZ-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövründə ölkəyə xam palma yağı idxal edilməyib.

Hesabat dövründə Azərbaycana palma yağı cəmi iki ölkədən – İndoneziya və Malayziyadan gətirilib. İndoneziyanın payı daha yüksək olub və 82,8% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında İndoneziya Azərbaycana 9,858 mln. dollarlıq (16,758 mln. manat) 7 257,7 ton, Malayziya isə 2,984 mln. dollarlıq (5,074 mln. manat) 1 512,93 ton palma yağı tədarük edib.

Daha çox xəbərlər