Cəmiyyət 

Yeni məktəbli formaları nə vaxtdan tətbiq olunacaq? – VİDEO

Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisələrinə fərqli geyimlərdə gəlməsinə yol verilməyəcək.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir.

Şöbə müdiri bildirib ki, şagirdlərin geyim formalarının təsvirləri təsdiq olunub.

Onun sözlərinə görə, məktəb formlarının qiymətini bazar müəyyən edəcək. Qeyd edilib ki, geyimlər məktəbli forması istehsalında təcrübəsi olan yerli fabrik və sexlər tərəfindən hazırlanacaq.

Onların təklif etdiyi malın keyfiyyətindən asılı olaraq, valideynlər övladlarına uyğun və  keyfiyyətə  malik məktəbli geyimlərini alacaqlar.

ARANTV.AZ  xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

 

Daha çox xəbərlər