“İtaliya ilə münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”
2022-ci il Azərbaycan-İtaliya münasibətlərinin təsis edilməsinin 30 illiyini qeyd edirik. 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyanat xüsusi önəm kəsb edir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan-İtaliya arasında münasibətlər strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.

