“Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir”
Eenerji resurslarının şaxələndirilməsi zərurəti yaranıb. İtaliyanın enerji təhlükəsizliyini təmin etmək planları var. Bu gün Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə arasında təkcə enerji sahəsində deyil, digər iqtisadi sahələrdə də yüksək səviyyəli əməkdaşlıq var.

